“Bir neçə ölkə öz MiQ-29 qırıcılarını Ukraynaya təhvil vermək niyyətindədir”.
Faktmedia.az xəbər verir ki, bu barədə Polşa hökumətinin sözçüsü Piotr Müller deyib.
O bildirib ki, bu qərarları bir neçə ölkədən ibarət qrup qəbul edir:
"Təfərrüatları vaxtında açıqlayacağıq. Mən onların adından danışmaq iqtidarında deyiləm. Bunların hansı ölkələr olacağı ilə bağlı dəqiq bəyannamələrimiz var. bizdə var. Onlar öz prosedurlarına uyğun olaraq qərarlarını açıqlayacaqları barədə razılığa gəliblər”.
Qeyd edək ki, Polşanın baş naziri Mateusz Morawiecki, Polşanın yaxın 4-6 həftə ərzində Ukraynaya MiQ-29 qırıcılarının bir hissəsini təmin edəcəyini söyləmişdi.
Polşanın Malborkdakı aviabazasında 28 MiQ-29 qırıcısı var. Bu tipdən neçə təyyarənin Ukraynaya gedəcəyi hələlik açıqlanmayıb.
Bəsti Məmməd