Finlandiya prezidenti Sauli Niinistö Ərdoğanın dəvəti ilə martın 16-17-də Türkiyəyə işgüzar səfər edəcək.
Faktmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən məlumat verilib.
Martın 17-si İstanbulda keçiriləcək görüşlərdə Türkiyə-Finlandiya münasibətlərinin bütün aspektləri nəzərdən keçiriləcək və əməkdaşlığın yaxşılaşdırılması üçün atılacaq addımlar müzakirə olunacaq:
“İkitərəfli əlaqələrlə yanaşı, NATO-nun Madrid Zirvə Toplantısı çərçivəsində imzalanmış Üçtərəfli Memorandum əsasında Finlandiyanın NATO-ya üzvlük müraciəti, Türkiyə-Avropa İttifaqı münasibətləri və aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsinin aparılması da nəzərdə tutulur”.
Bəsti Məmməd