"Şimal axını" qaz kəmərləri partlayışdan sonra təmir edilə bilər, lakin bunun üçün vaxt, pul və yeni texnologiyalar lazımdır”.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.
O, boru kəmərlərində partlayışın "çox güclü olduğunu" vurğulayıb:
"Bu, sadə məsələ deyil. Dünya praktikasında belə qəzalardan sonra belə sistemlərin təmiri ilə bağlı nümunələr belə yoxdur. Nəzəri cəhətdən texnologiya baxımından hər şey mümkündür. Bu, vaxt, pul və müəyyən yeni texnologiyalar tələb edəcək. Buna baxmayaraq, hər şey mümkündür, hər şeyi etmək olar”.
Bəsti Məmməd