Mart ayının ortalarında Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli görüş keçiriləcək.
Faktmedia.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Stoltenberq açıqlama verib.
O, Ərdoğanla görüşüb, üçtərətli görüşün keçirilməsi ilə bağlı razılığa gəldiklərini bildirib:
"Ötən həftə Ankarada prezident Ərdoğanla yaxşı görüşüm oldu. Danışıqlara yenidən başlamaq və mənim himayəm altında Finlandiya, İsveç və Türkiyə arasında keçən iyun ayında imzalanmış sazişin icrası ilə bağlı martın ortalarında NATO-nun mənzil-qərargahında üçtərəfli görüş keçirmək barədə və qoşulma prosesinin necə tamamlanacağı haqqında razılığa gəldik”.
Türkiyənin Finlandiyanın üzvlüyünə müsbət baxdığını və İsveçlə bağlı bəzi məsələlərin olduğunu bildirən Stoltenberq, iki ölkənin üzərinə düşəni etdiyini və üzvlük protokollarını həyata keçirməyin vaxtının gəldiyini vurğulayıb:
“Macarıstan Parlamenti iki ölkənin üzvlük protokollarının təsdiqi üçün gələn həftə prosesə başlayacaq və bundan məmnundur. Finlandiya və İsveçin də ən qısa zamanda üzv olması nəzərdə tutulur.”
Bəsti MƏMMƏD