NATO-nun baş katibi Yens Stoltenberq sabah Türkiyəyə səfər edəcək.
Faktmedia.az Türk mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğanla görüş baş tutacaq.
Qeyd edək ki, Stoltenberq dünən şəxsi tvitter hesabında bildirmişdi ki, Türkiyədə baş verən zəlzələlərin yaratdığı balans hamımızı qorxutdu. NATO müttəfiqləri Türkiyəyə əhəmiyyətli dəstək verir.
Rəna Həsənova