İsveçrə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsi üçün heç bir hüquqi əsas görmür.
Faktmedia.az xəbər verir ki, bu barədə ölkənin Federal Şurasının saytında deyilir.
“Federal Ədliyyə İdarəsinin rəhbərlik etdiyi işçi qrupu Rusiyanın şəxsi aktivlərinin müsadirə edilməsinin mövcud qanunvericiliyə əsasən qanuni olmadığı qənaətinə gəlib. Bu tədbir xüsusilə konstitusiya təminatlarına zidd olardı”, - deyə bəyanatda vurğulanıb.
Eyni zamanda, İsveçrənin dondurulmuş Rusiya aktivlərinin taleyindən asılı olmayaraq, Ukraynaya dəstəyini davam etdirəcəyi qeyd edilir.
Havar Şəfiyeva