Romadakı səfir İtaliyanın Ukraynadakı münaqişəyə cəlb olunduğunu bildirib.
Faktmedia.az xəbər verir ki, Rusiyanın Romadakı səfiri Sergey Razov İtaliya Kiyevə silah verməklə hərbi qarşıdurmaya çəkildiyini və Ukraynadakı münaqişənin tərəfinə çevrildiyini bildirib. Onun sözlərinə görə, İtaliya hakimiyyətinin bir çox bəyanatları və hərəkətləri əslində qeyri-dostdan düşmənçiliyə doğru inkişaf edir.
Eyni zamanda, səfir qeyd edib ki, siyasətçilərin hərəkətləri İtaliya vətəndaşlarının əksəriyyətinin dəstəyini almır.
Sonda o, Rusiyanın İtaliya ilə münasibətlərini pisləşdirməyə çalışmadığını göstərdi.
Qeyd edək ki, yanvarın əvvəlində İtaliyanın müdafiə naziri Guido Crosetto Ukraynaya silah tədarükünün davam etdirilməsinin zəruriliyindən danışaraq bunu üçüncü dünya müharibəsinin qarşısının alınması adlandırmışdı.
Havar Şəfiyeva