“Türkiyə Finlandiyanın NATO-ya üzvlük ərizəsini yaxın vaxtlarda təsdiq edə bilər”.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Finlandiya daha çox memorandum üzrə öhdəliklərini yerinə yetirir:
"Finlandiya prezidenti cümə günü gələcək, görüşəcəyik və söz verdiyimiz şeyi edəcəyik. Ümid edirəm ki, belə olacaq. Helsinkinin NATO-ya üzvlük müraciəti ilə bağlı qanun layihəsi gələn həftə təsdiqlənəcək”.
Ankara hesab edir ki, İsveç NATO-ya üzv olmağa hazır deyil, çünki o, memorandum üzrə öhdəliklərini yerinə yetirməyib.
Qeyd edək ki, Finlandiya və İsveç NATO-ya üzvlük üçün ərizələrini 2022-ci ilin mayında veriblər, lakin Türkiyə iki ölkənin kürd təşkilatlarını terrorçu elan etməsini və terrorizmdə və ya 2016-cı ildə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edən Türkiyə bu prosesə mane olub.
Bəsti Məmməd