Martın 27-də Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyü məsələsinə səs verəcək, lakin İsveçin alyansa qəbulu ilə bağlı qərar daha sonra veriləcək, hakim fraksiya rəhbəri Mate Koçiş bildirib.
Faktmedia.az Lent.ru-ya istinadən xəbər verir.
Türkiyə hakimiyyəti Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətini daha əvvəl ratifikasiya edəcəklərini açıqlamışdı.
Bu barədə ölkədə səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb. Finlandiya prezidenti Sauli Niistö müvafiq qərarı gələn həftə təsdiq edəcək.
Havar Şəfiyeva