Güclü külək Kanadanın Ontario və Kvebek əyalətlərinin bir milyondan çox sakinini işıqsız qoyub.
Faktmedia.az xəbər verir ki, bunu ölkədə elektrik enerjisinin kəsilməsi ilə bağlı məlumat verən PoverOutage.ca portalının məlumatları sübut edir.
Yerli mediaya görə, çərşənbə günü şaxtalı yağış və güclü külək Monreal və əyalətin bəzi digər cənub-qərb hissələrini vurub, yüz minlərlə istehlakçının elektrik enerjisini kəsib.
Bundan əlavə, tufan bəzi ərazilərdə də daşqınlarla nəticələnib. Santa Cruz, San Mateo və Santa Clara şəhərləri ən çox zərər çəkib.
Havar Şəfiyeva