Ötən gün güclü külək Yardımlıda dağıntılara səbəb olub. Kəndlərdə evlərin dam örtüyünü qoparıb, ağacların aşmasına səbəb olub.
Həmçinin işıq dirəkləri aşıb, işıq xətlərinin qırılması səbəbiylə kəndlər işıqsız qalıb.
Faktmedia.az Yardımlıdan görüntüləri təqdim edir:
Fotoları Separadı kənd orta məktəbin müəllimi Mərahim Hüseynov çəkib.
Rəna Həsənova