“Suriyanın beynəlxalq terrorizmdən azad edilməsi üçün hələ çox iş görülməlidir, lakin bu işin böyük hissəsi tamamlanıb”.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu suriyalı həmkarı Əli Mahmud Abbasla görüşündə bildirib.
O, "Son illər biz Suriya ərazisinin beynəlxalq terrorizmdən azad edilməsi baxımından uzun bir yol, böyük məsafə qət etmişik. Əlbəttə, qarşıda hələ çox iş var, lakin bu işlərin çoxu görülüb”- deyə vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin suriyalı həmkarı Bəşər Əsədlə görüşündə Rusiya və Suriyanın birgə səyləri nəticəsində beynəlxalq terrorizmlə mübarizədə ciddi uğurlar əldə edildiyini bildirib.
Bəsti Məmməd