"Beynəlxalq səyahətçilər qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfəri çox önəmli bir hadisədir. Çünki, həm beynəlxalq səyahətçilər gəlib öz gözləri ilə Azərbaycan torpaqlarının Ermənistanın işğalı nəticəsində hansı vəziyyətə salındığını görürlər, yerində tanış olurlar".
Bunu Faktmedia.az-a millət vəkili Tural Gəncəliyev geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun azad edilmiş ərazilərə səfərini şərh edərkən deyib.
Deputat bildirib ki, Azərbaycan informasiya müharibəsi sahəsində beynəlxalq tanınmış səyahətçilərin, videoblogerlərin, travl-blog yazarlarının gözü ilə dünyaya bütün bu erməni vəhşiliyini göstərir:
"Eyni zamanda son zamanlar ölkəmizə qarşı beynəlxalq təşkilatlar çərçivəsində ermənipərəst siyasətçilər, dünya Ermənistan diasporunun apardığı qarayaxma konpaniyasından çox gözəldir. Qarayaxma konpaniyasına çox gözəl və tutarlı bir cavabdır. Çünki beynəlxalq ictimayət xüsusilə də bu dünyanın tanınmış səyahətçiləri adətən öz sayı milyonlarla olan abunəçilərinə bu hadisələri sırf siyasi hərbi və ya digər aspektlərdən deyil insan hekayələri baxımından, ərazilərimizin düşdüyü, məruz qaldığı vəziyyət haqqında, oraların minalanması, insanların hələ də öz torpaqlarına geri dönə bilməməsi, mülkiyyətlərimizin darmadağın edilməsi , daşın daş üstündə qalmaması baxımından öz izləyici kütlələrinə çatdırırlar. Buna görə də bu səfərlər çox əhəmiyyətlidir. Biz bu kimi tədbirlərlə dünya ictimayərinin maraqlarını birbaşa bu məsələlərə yönləndirmiş oluruq. Hesab edirəm ki, bu kimi addımları daim davam etdirmək lazımdır".
Bəsti Məmməd