Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiyanın xüsusi hərbi əməliyyatı zonasında qoşun qruplarının komandirləri ilə görüş keçirib.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, o, komandirlərin onların məsuliyyət zonalarında mövcud vəziyyət, eləcə də gələcək fəaliyyət planları barədə məruzələrini dinləyib.
Şoyqu şəxsi heyətin sahəyə təhlükəsiz yerləşdirilməsi üçün şəraitin yaradılması, qoşunlara hərtərəfli dəstəyin təşkili, tibb və arxa hissələrin işinə diqqət yetirib.
Şoyqu bundan əvvəl Rusiya müdafiə nazirlərinin müavinlərinin qoşunların davamlı olaraq silah, hərbi texnika və sursatla təmin olunmasının təşkili ilə bağlı hesabatlarını dinləyib.
Ehtiyat hissələrin döyüş hazırlığının təşkilinə, hərbi-siyasi işlərə, qoşunların hərtərəfli təminatının digər növlərinə xüsusi diqqət yetirilib.
Havar Şəfiyeva