"Qərb dövlətləri münaqişə bitdikdən sonra Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır".
Bunu Almaniya kansleri Olaf Şolts bildirib.
Onun sözlərinə görə, Qərb ölkələri Ukraynanın Avropa İttifaqına daxil olmasına etiraz etmir, lakin Kiyev bunun üçün müəyyən tələblərə əməl etməlidir.
Qeyd edək ki, Wall Street Journal fevral ayında yazmışdı ki, Böyük Britaniya, Almaniya və Fransa münaqişə bitdikdən sonra Ukrayna ilə NATO arasında müdafiə sazişi imzalamağa çalışırlar.
Qəzetin yazdığına görə, Kiyev hakimiyyəti qabaqcıl hərbi texnika, silah və sursatlara daha geniş çıxış əldə edəcək.
Havar Şəfiyeva