Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Moskvanın Türkiyə, Suriya və İranın iştirakı ilə danışıqlara hazırlaşdığını təsdiqləyib.
Faktmedia.az yazır ki, o, görüşün digər təfərrüatlarını açıqlamayıb və onun harada keçiriləcəyini açıqlamayıb.
Hələ yanvarın əvvəlində Türkiyənin “Hürriyyət” qəzeti yazmışdı ki, Rusiya, Türkiyə və Suriya xarici işlər nazirləri yanvarın 14-dən 16-dək Moskvada görüşə bilərlər. Lakin tərəflərdən heç biri bu cür danışıqları rəsmi olaraq açıqlamayıb.
Suriyanın xarici işlər naziri Feysəl Mikdad görüşün mümkünlüyünü inkar etməyib, lakin Türkiyə qoşunları Ərəb Respublikası ərazisindən tamamilə çıxarılmayana qədər Ankara ilə yaxınlaşmanın mümkün olmadığını vurğulayıb.
Qeyd edək ki, 2011-ci ildə Suriyada etirazlar silahlı müxalifətlə rəsmi hakimiyyət arasında genişmiqyaslı toqquşmalara çevrilib. Bundan başqa, respublika ərazisində terrorçu qruplar fəaliyyət göstərməyə başlayıb. Türkiyənin əməliyyatı sərhədlərdə aparılır, yerli hakimiyyət bunu öz təhlükəsizliyini təmin etmək üçün hesab edir. 2015-ci ilin payızında Suriya prezidenti Bəşər Əsədin təşəbbüsü ilə Rusiya da hərbi yolla münaqişəyə müdaxilə edib.
Havar Şəfiyeva