Sosial şəbəkələrdə Ramzan Kadırovun guya xəstələnməsi ilə bağlı məlumatlar yayılmışdı.
Faktmedia.az xəbər verir ki, Çeçenistan lideri Ramzan Kadırov buna öz Teleqram kanalında aydınlıq gətirib.
O, "sağalmaz xəstəliyi" ilə bağlı şayiələri təkzib edib və sağlam və güclə dolu olduğunu bildirib:
"Sağalmaz xəstə olduğuma ümid edənləri məyus etdiyim üçün üzr istəyirəm. Mən sağlam və güclə doluyam. Əvvəlki kimi idman edirəm, gəzintilərə çıxıram, Çeçenistan respublikasının inkişafının vacib məsələlərini həll edirəm".
O, barmağına daim taxdığı cihazın məqsədini də açıqlayıb:
"Vay, mənim elektron namaz sayğacımın üstündə çoxlu müzakirələr oldu. Onu başqa cür adlandırırdılar: həyəcan düyməsi, tibbi cihaz, sirli cihaz. Hər kəs təxmin etməyə davam edir. Açığını desəm, bütün bu versiyaları oxuyanda çox əyləndim".
Bəsti Məmməd