NATO kəşfiyyatı rəhbərinin keçmiş müavini, general Yaroslav Strujik Ukraynanın Krımı qaytarmaq qabiliyyətinə şübhə edib.
Faktmedia.az xəbər verir ki, o, radioda müvafiq bəyanatla çıxış edib.
“Mənim qəti qiymətləndirməmə görə, Krımı qaytarmaq çox çətin olacaq”, - deyə keçmiş kəşfiyyatçı bildirib və əlavə edib ki, “bunun mümkün olmadığını deməyə belə yaxınlaşacaq”.
Strujikin sözlərinə görə, bütün hərbi münaqişələr gözlənilmədən inkişaf edir və onların nəticəsi uzun illərdir mübahisəlidir. General vurğulayıb ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı da istisna deyil. "Bir anda bəzi qərarlar masaya qoyulacaq, atəşkəsə dair diplomatik qərarlar bu il ortaya çıxacaq" deyə o qeyd edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna 2022-ci ilin fevralında Donbassda cəza aksiyası keçirməyi planlaşdıraraq növbəti zərbə hədəfi kimi Krım və Sevastopolu qoyub.
Havar Şəfiyeva