NATO-nun baş katibi Yens Stoltenberq Rusiya prezidenti Vladimir Putinin Ukrayna üzərində nəzarəti bərqərar etmək niyyətində olduğunu iddia edib.
Faktmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu Seulda Çoi Conq Hyun İrəli Araşdırmalar İnstitutunda çıxışı zamanı deyib.
Yens Stoltenberqin sözlərinə görə, Rusiya Federasiyası daha çox əsgəri səfərbər edir eyni zamanda yeni silahlar alır:
"Biz prezident Putinin bu işğalın son məqsədini dəyişməsinə dair heç bir əlamət görmürük. O, qonşusuna nəzarəti ələ keçirmək, Ukraynaya nəzarət etmək istəyir. Hesab edirəm ki, Moskva “sülhə” yox, əksinə hazırlaşır. Rusiya 200 000-dən , bəlkə də bundan da çox əsgər səfərbər edir, həmçinin İran və Şimali Koreya kimi avtoritar ölkələrdən silah alırlar”, - deyə baş katib əlavə edib.
Bəsti Məmməd