Kimyəvi maddələr ətraf mühitdə heç vaxt parçalanmır və bədəndə illərlə qalır.
Samsun Ondokuz May Universitetinin alimi Yüksel Ardalı araşdırmaları nəticəsində bu qənaətə gəlib.
Yüksel Ardalı Perflorlu və Poliflüorlu Alkil Maddələrinin insan sağlamlığına çoxlu zərərli təsirlərinin olduğunu qeyd edib.
O, bu cür maddələrin qida qablaşdırması, birdəfəlik istifadə olunan boşqablar, yapışmayan tavalar, yanğınsöndürmə köpüyü, xalçalar, mebel tekstili, pəncərə emalları, avtomobil oturacaqlarında və s. olduğunu deyib.
Mütəxəssisin sözlərinə görə Perflorlu və Poliflüorlu Alkil Maddələr inanılmaz dərəcədə qalıcıdır, ətraf mühitdə heç vaxt parçalanmır və illərlə bədənimizdə qalır. Nəfəs aldığımız hava, qidalarımızın yetişdiyi torpaq, içdiyimiz su və ətraf mühit vasitəsilə dünyanın istənilən nöqtəsində insanlara və canlı həyata çata bilər.
Araşdırmalara görə, kimyəvi maddələr qaraciyər və mədəaltı vəzi xərçənginin, reproduktiv problemlərin, böyrək və testis xərçənginin inkişafına zəmin yaradır.
Rəna Həsənova