İstanbul Universitetinin professoru Bilun Gemicioğlu, aylardır davam edən xroniki öskürəyin səbəblərindən birinin hava çirkliliyi ola biləcəyini bildirib.
Faktmedia.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Dünyanın ən böyük problemlərindən biri olan havanın çirklənməsi səbəbindən hər il milyonlarla insan həyatını itirir.
Sürətli və plansız urbanizasiya, nəqliyyatın çoxluğu, keyfiyyətsiz yanacağın istifadəsi kimi müxtəlif səbəblərdən 30-dan çox maddə havanı çirkləndirir. Aldığınız hər nəfəs bədənə zərər verir və bir çox xəstəliklərə səbəb olur.
Alim mövzu ilə bağlı açıqlamasında hava çirkliliyinin bütün dünyada günü-gündən artmağa davam etdiyini bildirib.
Artımdan dünya əhalisinin yüzdə 90 faizinin təsirləndiyini ifadə edən professor qeyd edib ki, hava çirkliliyi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi müəyyən standartlar var. Təəssüf ki, dünyanın bir çox yerində hava çirkliliyi bu standartı ötüb.
İnsanlarda xroniki öskürəyin bir çox səbəbinin olduğunu vurğulayan Bilun Gemicioğlu əlavə edib ki, reflü və ya burun axıntısı da xroniki öskürəyə səbəb ola bilər.
Havar Şəfiyeva