Gündəlik həyatımızda açıq məkanlarda bir- birindən fərqli reklamlarla qarşılaşırıq. Bəs bu reklamları təqdim etmək nə qədər doğrudur? Nələri reklam edə bilərik, nələri isə yox?
Mövzu ilə bağlı Faktmedia.az-a danışan Dövlət Reklam Agentliyinin Mətbuat katibi Hüseyn Azəri bildirib ki, Nazirlər Kabinetinin 414 nömrəli qərarında reklamın qadağan olunan əmtəələrinin siyahısı var.
O bildirib ki, bir sıra məhsullar var ki, onların açıq məkanlarda reklam edilməsi qadağandır:
“Həkim resepti əsasında buraxılan dərman vasitələri, dobink vasitələr, süni mayalanma üzrə tibbi xidmətlər, mərc oyunlarının reklamları, işlənmiş batareyaların, şinlərin eləcə də işlənmiş sürtkü və mühərrik yağlarının reklamına açıq məkanlarda icazə verilmir. Eyni zamanda tütün məmulatları və onların ləvazimatları, tündlüyü 5 %-dən artıq olan alkoqol içkilər, həmçinin qəlyan reklamlarının da yerləşdirilməsinə icazə yoxdur”.
H.Azəri reklam qanunlarının pozulması zamanı ola biləcəkləri də xatırladıb:
“Bundan əlavə əgər hər hansı reklam qurğusu , reklam haqqında qanunun digər tələblərini pozarsa və yaxud ərazinin estetik görünüşünə xələl gətirərsə həmin reklam qurğularının quraşdırılmasının icazəsinə qadağalar qoyulur".
Havar Şəfiyeva