"Azərbaycan təcrübəsinə baxanda hakerlərin hücumu kimi hallar ilk dəfə qarşımıza 2000-ci illərin ortalarında çıxıb. Həmin vaxt adətən, müxalifyönlü mediaların yeni yaradılan saytları kiber hücumların hədəfində olurdu"
Faktmedia.az xəbər verir ki, media hüquqları üzrə ekspert Xalid Ağalıyev deyib.
Ekspert bildirib ki, hazırda da əsasən, tənqidi məzmun yayan medialar, informasiya resursları müxtəlif üsullarla həyata keçirilən hücumlarla üzləşirlər:
Bu təcrübənin işığında belə qənaətə gəlmək olar ki, məqsəd tənqidi mövzuların daha geniş yayılmasını önləməkdir. Bundan tam qorunmağın yolu asan deyil. Texniki məsələdir, yəqin ki, gərəkli proqram təminatları olmalıdır, mediaların texniki məsələləri nəzarətdə tutan kadrları, komandaları olmalıdır ki, belə halları zamanında müəyyən edə, ondan qoruna bilsinlər".
Ekspert əlavə edib ki, ümumilikdə ölkə miqyasında kiberhücumlarla mübarizə ilə bağlı gərəkli işlərin görüldüyünü demək olar:
"Ən azı ona görə ki, son zamanlar dövlət qurumlarının resurslarının sıradan çıxarılması kimi halları xatırlamıram. Amma medianın hücumlardan qorunması ilə bağlı durum o qədər yaxşı deyil. Sürəkli olmasa da müxtəlif vaxtlarda medialar, xüsusilə tənqidi məzmun yayan medialar, jurnalistlər kiber hücumçlara məruz qalırlar. Sonuncu dəfə toplum.tv resursu, onun sosial media səhifələri hücumla üzləşmişdi. Belə hallar cinayətdir, Cinayət Məcəlləsi məsuliyyət nəzərdə tutur. Ancaq indiyə kimi mediaların məruz qaldığı kiberhücumlara münbasibətdə bu normalar bir dəfə də olsun tətbqi edilməyib".
Havar Şəfiyeva