"Hal-hazırda musiqi yazanlar çoxdur. Adam var ki, 500 mahnı yazdığını deyir. Bəstəkarlar azalmayıb. Son illərdə Şuşa ilə, vətənpərvərliklə bağlı yazılan yaxşı mahnılar da var".
Bunu Faktmedia.az-a Xalq şairi, Vahid Əziz deyib.
V. Əziz bildirib ki, Q.Qarayev, S.Rüstəmov, E.İbrahimova, C.Cahangirov oldu, amma yenə də dövr yetişdirəcək:
"Mənim sözlərimə bəstələnən yaxşı musiqilər var. Əgər bizim tariximizdə Nizami, Füzuli, Xəqani, Sabirimiz olubsa, təbii ki, biz də varıq və bizdən sonra da olacaqlar. Q.Qarayev, Ü. Hacıbəyov, C. Cahangirov və s. kimi bəstəkarlar yenə də olacaq. Azərbaycan xalqı özü bir xəzinədir. Onun nə ədəbiyyatı, nə mədəniyyəti, nə mənəviyyatı tükənən deyil. Sadəcə bir az məsuliyyətlə yanaşmaq lazımdır. Telekanallar özləri də seçim etməlidirlər. Keyfiyyətli musiqilərə yer verilməlidir".
Rəna Həsənova