"Heç kim sənətə kiminsə davamçısı olaraq gəlmir və müstəqil fəaliyyət göstərir. Məncə, bu ifadə yalnız məcazi mənada keçərlidir".
Bunu Faktmedia.az-a Xalq artsti Faiq Ağayev səhnəmizdə "Qızıl Şlyager" bir dənə olaraq qalacaq, yoxsa kimisə özünün davamçısı kimi görür sualına cavab olaraq deyib.
Sənətçi bildirib ki, zaman dəyişdikcə, musiqi də, zövqlər də dəyişir:
"Əgər 20-ci əsrdə melodizm hökm sürürdürsə, indi daha çox asan melodiyalar, qavrama üçün dərin musiqisevərlik tələb etməyən melodiyalar dəbdədir".
Bəsti Məmməd