Taksi şirkətlərinin gediş haqqlarını artırması hamıya məlumdur. Əgər əvvəl yaxın məsafəni 2.5 AZN-ə gedilirdisə, indi 3 manat təşkil edir. Bu yaxın məsafələr üçün nəzərdə tutulub. Lakin uzaq məsafələr üçün elə də ciddi dəyişiklik olmayıb. Maraqlıdır, qiymət artımından sonrataksidən istifadə edənlərin sayında azalma müşahidə olunubmu?
Məsələ ilə bağlı Faktmedia.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov danışıb.
Ekspert belə izah edib:
"Taksi sifarişlərinin, xüsusən də yaxın məsafələrə azalmasının iki səbəbi var. Başlıca səbəb ondan ibarətdir ki, əgər vətəndaş gün ərzində yaxın məsafələrə 3 dəfə taksidən istifadə edib 6 manat xərcləyirdisə, indi həmin gedişlərə 10 manat xərcləyir. İkinci səbəb olaraq həm də nəzərə almaq lazımdır ki, yay mövsümüdür, tətillərdir və şəhərdaxili gedişlər də azalıb. Bu iki amilə görə taksi sifarişlərinin sayı azalıb deyə bilərik".
Rəna Həsənova