"Bolt", "Uber", "Yango" taksi şirkətlərində qiymətlər nəzərə çarpacaq qədər artıb.
Faktmedia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
Bildirilir ki, bu gündən etibarən qeyd edilən taksi şirkətlərində minimal qiymət 2.50 AZN təşkil edəcək. Məsafədən asılı olaraq adi gedişlər də əvvəlki ilə müqayisədə artmış olub.
Xatırladaq ki, hələ bir müddət öncə taksi şirkətləri ilə bağlı müzakirələr aparılırdı. Milli Məclisdə deputatların bir qismi belə şirkətlərin ucuz sərnişin daşımalarını normal saymayıblar. Buna görə də qiymət artımın vacibliyi vurğulanıb.
Bəsti Məmməd