"Nəqliyyat vasitələrindən taksilərin gediş haqlarının artırılması mahiyyət etibarilə ciddi fərq etmir. Əvvəlki gediş haqlarında minimal hədd olaraq müəyyən məbləğ göstərilirdi, məsələn 1,50, 1,80, 2,00 və s. Amma indi minimal bir gediş haqqı nəzərdə tutulur, yəni, necə ki, minimum əməkhaqqı, minimum pensiya həddi olduğu üçün, minimum gediş haqqı həddi də var".
Bunu Faktmedia.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
Ekspert əlavə edib:
"Yəni bu həddə ən azı sürücülər və şirkətlər, avtomobil sahibləri öz avtomobillərini müəyyən dərəcədə texniki göstəricilərdən məhrum etməməlidir. Taksi şirkətlərində çalışan vətəndaşlar öz şəxsi avtomobillərini istismar ediblərsə, o avtomobillərin xərcləri də nəzərə alınmalıdır. Bütün bu məsələlər vətəndaşlar arasında haqlı narazılıqlara gətirib çıxarır ki, ehtiyyat hissələri bahadır, xərc var, qazanc yoxdur və s. Bu günü düşünərək yox, gələcək prinsipləri nəzərə alaraq taksi qiymətlərində minimal hədd nəzərdə tutulub. Mən hesab edirəm ki, taksilərdə gediş haqlarının artırılmasında ciddi bir fərq yoxdur".
Rəna Həsənova