“Xaliq Faiqoğlu” şirkətində Bakı şəhərində istismar etdi marşrut xətləri üzrə sərnişinlərin xidmətinə Avro-5 və Avro-6 ekoloji standartlı iritutumlu avtobuslar təqdim edən ilk özəl şirkət olub. Son olaraq sıxılmış təbii qaz yanacağı (CNG) ilə işləyən 120 ədəd Avro-6 ekoloji standartlı “OTOKAR” markalı avtobusun alınmasına dair istehsalçı şirkətlə müqavilə imzalanıb".
Bunu “Xaliq Faiqoğlu” şirkətinin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev Faktmedia.az-a gediş haqqının artırılmasından sonra xidmət və keyfiyyətə necə təsir edəcəyi barədə danışarkən deyib.
O bildirib ki, müqavilə üzrə sifariş edilən avtobuslardan 2022-ci ilin birinci rübündə 50 ədədini avtobus sərnişinlərin xidmətinə verməklə Bakıda ictimai nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə böyük töhfə vermişik:
"Layihənin maliyyələşdirilməsinə ölkənin əsas korporativ banklarından olan “PAŞA Bank”dan və Avropa Yenidənqurma və İnkşaf Bankından kredit vəsaitləri cəlb etmişik. Bununla yanaşı son illərdə dünyada davam edən qlobal iqtisadi proseslər, eləcə də 3 ilə yaxındır davam edən pandemiya səbəbindən sərnişindaşıma sektoruna ciddi zərbə vurulub, əhalinin sosial-iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına, gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub. Qlobal bahlaşma səbəbindən avtobuslar nəqliyyat vasitələri üçün zəruri olan sürtkü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 80%-ə qədər artıb. Bu hallar şirkətimizin gəlirlərinin minimum həddə düşməsinə və ümumilikdə cəmiyyətdə ictimai nəqliyyata etimadın zəifləməsinə səbəb olmaqdadır. Eyni zamanda uzun müddət bu günün bazar reallığından dəfələrlə aşağı olan gediş haqqı tarifi şirkətimizi ciddi maliyyə itkilərinə məruz qoyub.
Şirkətimiz bundan sonrakı dövrdə də sosial məsuliyyətinə həssaslıqla yanaşacaqdır. Avtobus parkının yenilənməsi və sərnişindaşıma keyfiyyətinin artırılması ilə bağlı öhdəliklərimizə hər zamanki kimi sadiqik".