"Nazirlər Kabinetinin reqalamentinə görə, taksi qiymətləri 1,50-dən başlayır və bu qərar hələki qüvvədədir, heç kim bu qərarı ləğv etməyib. Bununla yanaşı, qeyd etmək istəyirəm ki, taksi qiymətləri dəyişən tarifdir, fiks qiymətlər deyil. Müxtəlif amillərə görə bu qiymət yüksələ və yaxud da enə bilər".
Bu fikirləri Faktmedia.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov taksi qiymətlərinin artırılması məsələsinə münasibət bildirən zaman deyib.
Ekspert əlavə edib:
"Yay mövsümündə bildiyimiz kimi vətəndaşlar daha çox çimərliklərə üz tuturlar və geri qayıdanda ictimai nəqliyyatın bərbad vəziyyəti ilə, avtobusların tapılmaması, avtobuslarda yaranan sıxlıq səbəbindən taksilərə tələb artır. Bu səbəbdən düşünürəm ki taksilərdə gediş haqlarının yüksəlməsi var və ümid edirəm ki, payızda bu qiymətlər yûksəlməyəcək. Çünki, payızda iş mövsümünün, tədris-təhsil mövsümünün başlanması ilə taksi qiymətləri yüksek olsa vətəndaşlar dilemma qarşısında qalacaqlar, ictimai nəqliyyatın avtobus seqmentinin bərbad olması ilə əlaqədar işə gecikmələr çoxalacaq, taksi xidmətindən istifadə edənlər azalacaq, Bakının iqtisadiyyatına külli miqdarda ziyan dəyəcək. Ona görə də ümid edirəm ki, müvafiq qurumlar Azərbaycanda "at oynadan", istədiyini həyata keçirən, Azərbaycan qanunlarını saymayan, Azərbaycan vətəndaşlarının hüquqlarını pozan, hətta onları istismar edən xarici taksi şirkətlərinə qarşı ölçü götürəcək, qiymətlərin kəskin qalxmasının qarşısını alacaq. Əks təqdirdə, qeyd etdiyim kimi iqtisadiyyata küllü miqdarda ziyan dəyəcək".
Rəna Həsənova