"Niyə bunu zamanında etmədim?"lə bağlı bir açıqlama deyim ki, bizə elə gəlir, bizim hansısa şanslarımız var, onları əlimizdən qaçırmışıq. Əslində, bu elə deyil, şanslar hamısı irəlidədir. Bəzən insanlar 50-60 il yaşayıblar və deyirlər ki, "zamanında bunu etsəydim", yox, o zaman daha irəlidədir".
Faktmedia.az xəbr bunu "Qanun" nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu deyib.
"Elə düşünməsin ki, o artıq itirib o zamanı, yəni, indi o əvvəlkindən daha təcrübəlidir və daha çox şeylər edə bilər, əgər vaxtını keçmişinə sərf etməsə. Haraninin maraqlı bir fikri var, deyir ki, keçmişimizi həddindən artıq zəbt etdirmişik, yəni özümüz öz düşüncəmizlə, həddindən artıq keçmişlə məşğuluq, gələcəklə yox. Olarmı ki, biz düşüncemizi gələcəyi proqramlaşdırmağa yönəldək, nəinki keçmişdə qalmağa. Bu mənada mən fikirləşirəm ki, biz daha çox gələcək barədə düşünək. Doğrudan da, mənə elə gəlir ki, insan heç zaman istəmədiyi bir işlə, istəmədiyi bir yerdə heç zaman olmamalıdır. Sən məcburən bir yerdə qalıb işləyirsənsə, deməli səndə bir az kölə olmaq xisləti var. Məcburən bir yerdə qalma".
Rəna Həsənova