"Əgər biz bir yerdə “Gəlir” ifadəsini işlədiriksə, demək ki, bizim mövzumuz “Biznes”di. Sosial mediada biznes qurmaq real həyatdakı kimi çətindir, amma öz biznesimiz olur, özümüz özümüzü idarə edirik, yəni daimi 08:00-dan 17:00-a qədər yox, sərbəst qrafiklə iş olur. Hansı sahəyə maraq varsa o sahə üzrə paylaşımlar edərək səhifəmizi aktiv edə bilərik".
Bunu Faktmedia.az-a sosial media məsləhətçi Ələmdar Manafov deyib. O bildirib ki, paylaşım etdikcə, əlbəttə ki, çoxlu axtarışlar etmək lazımdı, çünki hər gün bir sahə üzrə yeni məlumatlar üzə çıxır:
"Yaranan suallar haqqında izləyicilər üçün postlar və məlumat xarakterli videolar hazırlamalıyıq. Amma ən əsası isə ya öz adımızla, ya da bir brend seçirik ki, paylaşım edib tanındıqca həm də brend adımız tanınsın. Hər sahəyə görə ayrı cür sosial Şəbəkə platformada paylaşım etməliyik. Əgər biz qısa videolar 1dəqiqəlik videolar çəkiriksə bu videoları Tiktok və İnstaqram platformalarında paylaşmalıyıq. Yox, əgər 5 dəqiqəlik videolar hazırlayırıqsa artıq, biz Youtube Sosial Platformasında paylaşım etməliyik. Nəyə görə? Çünki gündəlik istifadədə İnsanlar İnstagram və Tiktoku həm rahat həm narahat yerdə istifadə edirlər. Məsələn: metroda,marşrtuda və s. Amma Youtube platformasını isə rahat yerdə məsələn işdə, evdə oturaq hansısa bir informasiya xarakterli videonu izləyərək. Biz bu məlumatları bildikdən sonra isə, hansı platformada paylaşım etməliyik. Gündən günə izləyicilərimiz artır və biz tanınırıq, daha sonra isə şirkətlər bizimlə əməkdaşlıq etməyə başlayır.Artıq bizim brend-miz bizə pul qazandırır. Çünki, hansı sahə üzrə profilləri izləyiriksə alqoritm bizim qarşımıza kəşfetdə o sahə üzrə postlar çıxarır və beləcə Sosial Media platformalarından öz şəxsi inkişafımız üçün istifadə edirik.Yox, əgər qarşımıza maraqlı olmayan postlar çıxırsa, o zaman postun üzərində report edərək bu sahə mənim üçün maraqlı deyil seçirik və bird aha qarşımıza o sahə üzrə paylaşım çıxmır".
Mütəxəssis əlavə edib ki, paylaşımlar etdikcə və hər paylaşımda açar sözləri qeyd etdikdə, açar sözün statistikası qalxır yəni məşhurlaşır:
"Məsələn: #instagram açar sözü 6 milyon dəfə istifadə edilib və I hərfini yazdıqda Instagram açar sözü axtarışda birinci çıxır, həmçinin biz çalışmalıyıq ki, yaratdığımız brend açar sözü bütün platformalarda istifadə edək. Çünki, atıq alqoritm 1 vahid sistem üzərindən işləyir. Məsələn, biz 1 sosial şəbəkədə maşın sözünü axtarsaq artıq bizim qabağımıza istənilən yerdə maşın ilə bağlı bütün reklamlar çıxacaq, Ona görə də bizim üçün də asandırki, yaratdığımız həştəq brend olmağı üçün çoxlu paylaşım edək və bütün sosial şəbəkələrdə bu həştəqi istifadə etməliyik. Bunu çox insan bilmir. Əgər bizim yaratdığımız brend həştəq insanlara maraqlı olsa onlar da bu həştəqdən istifadə edəcəklər və beləcə onlar daha tez tanınmış şəxs olacaqlar".
Havar Şəfiyeva