"Şəxsi biznesə sıfırdan başlamaq üçün ilk öncə biznes ideyası lazımdır. Biznes ideyasının formalaşdırılması üçün həmin ideyalar üzərində analiz aparılmalıdır. Bunu düzgün bazar araşdırma və marketinqin analizi kimi qiymətləndirə bilərik".
Bunu Faktmedia.az-a biznes üzrə mütəxəssis Hümmət Əliyev deyib. O bildirib ki, araşdırmadan sonra düzgün yazılı şəkildə planlaması vacibdir:
"Bu zaman bütün xırda detallara kimi xərclər və qiymətlər araşdırılır. Yalnız bu yolla özünün bacara biləcəyi istənilən sahəni inkişaf etdirmək mümkündür. Sadəcə olaraq indiki zamanda ölkə daxilində xidmət sahəsi daha effektiv görünür. Bazarda yetərincə boş sahələr mövcuddur. Çünki, sahibkar olan şəxs bir neçə ideya üzərində araşdırma etməlidir. Belə ki, araşdırmanı edilərkən 2 və daha artıq sahə işlənilirsə sonda həmin şəxsin əlində seçim etmək şansı olacaq. Bu da ona görədir ki, bir sahə araşdırılanda nəticə qənaətnəxş olmadıqda, yenidən yenidən başlamaq mümkündür. Bu da gələcək sahibkarın daha çox vaxt itkisinə gətirəb çıxaracaq. İlk olaraq sahibkar özü dürüst olmalıdır, çünki nheç bir müştəri verilmiş vədin, yalana çevrilməsini arzulamır. Ona görə də, uğur qazanmaq istəyən sahibkar bir neçə qaydaya düzgün riayət etməlidir. Biznesə ilk olaraq kiçik həcimli, və öz yaşadığı sahədən başlanılması tövsiyə olunur".
Havar Şəfiyeva