"Yardımlıya qaz verilmir, bu səbəbdən şəhid ataları Bakıya üz tutublar".
Faktmedia.az xəbər verir ki, bunu "Qanun" nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu feysbuk hesabında yazıb.
"Bir neçə gün əvvəl SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov şəhid atalarını qəbul edib, deyib əgər qaz olsa Yardımlıya ördək də verərik. Baxıram bu sözlərin sahibi cavan bir oğlandır. Kadrlar cavanlaşmalıdır. Amma öncə onlara tərbiyə vermək lazımdır", - Ş. Xuduoğlu bildirib.