Prezident İlham Əliyev şəhid Orxan Əsgərovun təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Faktmedia.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycanın İrandakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı həyat və sağlamlıq üçün real təhlükə şəraitində xidməti borcu yerinə yetirərkən şəhid olan Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalına layiq görülüb.