İndi hər kəs kitab yazır, hər kəs elmi vəsait çap etdirir. Əslində elə də problemli bir şey deyil. Kitab yazılırsa nə gözəl. Bəs bu elmi kitablara, vəsaitlərə nəzarət varmı?
Mövzunu barədə Faktmedia.az "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğluna müraciət edib.
Ş.Xuduoğlu bildirib ki, repetitorların kitab yazmasına məhdudiyyət qoymaq mexanizmi yoxdur:
"Yeganə bir mexanizm var ki, o da həmin kitablardan faydalanan insanlardır. Əgər o insanlar görsə ki, həmin vəsaitlər faydalıdır ondan istifadə edəcəklər. Faydalı olmadığı halda isə həmin kitabları istifadə etməkdən imtina edəcəklər".
Rəna Həsənova