Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, yazıçı-publisist Günel Natiqin “Siz səfehsiniz?” adlı yeni kitabı işıq üzü görüb.
Faktmedia.az xəbər verir ki, kitab müəllifin oxucularla növbəti dördüncü görüşüdür. Kitabda istedadlı qələm sahibinin müxtəlif illərdə qələminin məhsulu olan ədəbi-bədii nümunuələr yer alıb.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə istedadlı yazıçı Günel Natiqin “Kağız gəmilər” (Bakı: 2015), “Məhəbbət quşları” (Bakı: 2019), “Ədəbi talelər” (Bakı: 2021) kitabları oxucuların diqqətinə çatdırılıb.