"Festivallar nə qədər çox keçirilərsə, kitab bir o qədər çox yayılar. Festivallarin, sərgilərin keçirilməsini dəstəkləyirəm və alqışlayıram. Bütün qurumları dəvət edirəm ki, bu prosesə dəstək versinlər".
Bunu Faktmedia.az-a açıqlamasında "Qanun" nəşrləri evinin rəhbəri Şahbaz Xuduoğlu deyib.
Onun sözlərinə görə, rayonlarda, böyük təşkilatlarda, universitetlərdə və bütün təhsil ocaqlarında belə sərgilər keçirilməlidir:
"Kitab son vaxtlarda daha çox oxunmağa, yayılmağa və müzakirə olunmağa başlayıb. Yəni kitab düşüncəsi dinamik şəkildə inkişaf edir, bu sevindirici haldır. Oxucular daha çox elmi populyar ədəbiyyata, eyni zamanda özünü inkişaf kitablarla daha böyük maraq çox maraq göstərir. Ümumillikdə nəzərə alsaq dedektiv janra daha çox müraciət olunur.
Onu da bildirim ki, dünyada daha çox oxunan kitablar Azerbaycanda da çox oxunur".
Havar Şəfiyeva