"Müşavirədə cənab Prezidentin çıxışında daha çox iqtisadi məsələlərə yer verilməsi birbaşa ona bağlıdır ki, hədəflərə nail olunmasında iqtisadi güc çox önəmlidir. İqtisadi güc eyni zamanda hərbi güc baxımından, milli təhlükəsizliyin daha güclü formalaşması baxımından çox vacibdir. Bu baxımdan Azərbaycan iqtisadiyyatının inkişafı birmənalı şəkildə həm əvvəlki illərdən, həm bu ilin ilk yarısında aparılan siyasətin əsas prioriteti olub".
Bunu Faktmedia.az-a millət vəkili Vüqar Bayramov deyib.
Deputat əlavə edib:
Təbii ki, prioritet məqam və hədəf qeyri- neft sektorunun inkişaf etdirilməsidir. Qeyri- neft sektorunun inkişafı xüsusən indiki dövrdə daha aktualdır. Çünki, bir tərəfdən neftdən asılılığın aradan qaldırılması çox vacibdir, digər tərəfdən həm regionda, həm qlobal iqtisadiyyatda ciddi bir volatillik var və biz mütəmadi olaraq müəyyən inkişaf etmiş ölkələrdə belə, həm istehlak bazarında, həm də digər sektorlarda volatilliyin artmasını mûşahidə edirik. Bu da təbii ki, dünya iqtisadiyyatına və digər ölkələrin iqtisadiyyatına təsirsiz ötüşmür. Bu kontekstdən qeyri- neft sektorunun inkişafı digər ölkələrdə və qlobal iqtisadiyyatda baş verən dəyişikliklərin Azərbaycanın iqtisadiyyatına təsirini minimallaşdırmaq məqsədi daşıyır",
Rəna Həsənova