"Hazırda bütün dünyada global infilyasiya mövcuddur. Qlobal infilyasiyanın dərəcəsi 20 faiz təşkil edir. 2022-ci ilin statistik məlumatlarına görə ərzaq məhsullarının qiyməti 20 faiz artıb".
Bunu Faktmedia.az-a iqtisadçı alim Emin Qəribli deyib.
"Açıq etiraf etmək lazımdır ki, bu proseslər bütün ərazaq məhsullarına öz təsiri göstərib. Azərbaycanda istehsal olunan məhsullarına görə, pandemiya dövründə ölkədə məhdudiyyətlər mövcud idi. Qonşu ölkələrdə baş verən müharibənin ilk aylarında ərzaq ilə bağlı təsirlər mövcud olsa da, Azərbaycanın Rusiya və digər ölkələr ilə həm iqtisadi və siyasi əlaqələri yaxşı olduğuna görə ölkəmiz üçün bu müharibələrin təsirləri elədə ciddi olmadı. Digər inkişaf etmiş ölkələr üçün təhlükə yaransa da, Azərbaycan üçün ciddi təhlükə yaratmamışdır. Qeyd etmək lazımdır ki, cənab Prezidentin də sərəncamı ilə ölkəmizdə ərzaq, xüsusilə də buğda məhsullarının asılılığının aradan qaldırılması üçün əlavə tədbirlər görülür".
Havar Şəfiyeva