"Dünya əhalisinin artım tempi sürəti yüksəkdir. BMT-nin Əhali Fondunun hesabatına görə, bu gün dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb. 2050-ci ildə isə bu rəqəm 10 milyard nəfərə çatacağı proqnozlaşdırılır. Əhalinin artması dünyada ərzaqa təlabatını kəskin artırır. Amma dünyada baş verən iqlim dəyişiklikləri və müharibələr dünya ərzaq ehtiyatlarını əksinə, azalmasına təsir göstərir. Dünya bazarlarında təklif olunan ərzaq malların azalması qiymətlərin də artmasına gətirib çıxardır".
Bunu millət Vəkili, Kənt Təsərrüfatı Komitəsinin üzvü Azər Badamov Faktmedia.az-a açıqlamasında deyib.
"Bahalı qiymətlərdə dünya bazarlarında təklif olunan qiymətlərlə ərzaq malların idxal edilməsi bütün ölkələrin iqtisadi imkanları daxilində deyil. Ona görə də dünyada qida çatışmamazlıq problemi günü-gündən qloballaşmaqdadır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Ümumdünya Ərzaq Proqramının hesabatına görə dünya əhalisinin 10%-i aclıqdan əziyyət çəkir.
Azərbaycan dövlətinin yürütdüyü iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindən biri də aqrar sahənin inkişaf etdirilməsidir. Çünki, aqrar sahə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Aqrar siyasətimizin əsas tərkib hissəsi ölkə əhalsisinin qida mallara olan təlabatını idxaldan azad edilməsi və daxili təlabatı yerli istehsalla ödəməkdir. Dövlətimiz kənd təsərrüfatının inkişafı və ölkə əhalisinin etibarlı ərzaq məhsulları ilə təminatının həyata keçirilməsi üçün xüsusi proqramlar həyata keçirməklə fermerlərə maliyyə dəstəyi göstərir. Məhz görülən tədbirlər sayəsində son illər bu sahədə yüksək nəticələr əldə olunmuş, əsas ərzaq məhsulları ilə daxili bazarın təminatı yerli istehsalla həyata keçirilməsinə yol açmışdır. Daxili istehsalın artması həm də dünya bazarında baş verən qiymət artımların daxili bazara təsirlərini də azalmasına öz təsirini göstərir. İşğaldan azad edilmiş ərazilərin dövrüyyəyə qaytarılmasından sonra ərzaq məhsulları istehsalı sahəsində daha yaxşı nəticələr əldə olunacaqdır. Amma bununla yanaşı son illər baş verən iqlim dəyişiklikləri və quraqlıq kənd təsrrüfatının inkişafına əsas təsir göstərən su resurslarının azalmasına öz təsirini göstərir. Düzdür, işğaldan azad olunmuş ərazilərin qayıtması bu ərazilərdə yerləşən su resurslarının da qayıtmasına yol açmışdır. Bu ərazilərdə yerləşən ölkəmizin su ehtiyatlarının 25%-ə qədərdir. Amma əsas su mənbələrin ölkə hüdudlarından kənarda yerləşməsi və bu mənbələrində suyun həcimin azalması həyacan təbilinin çalınmasını şərtləndirir. Əsas su mənbələrdən biri olan kür çayında suyun həcmi kəskin azalmağa doğru gedir. Digər çaylarda da eyni problem baş verir", - deputat bildirib.
Havar Şəfiyeva