"Sərhədlərin açılışı ölkə üçün iqtisadi baxımdan vacibdir. Digər müəyyən səbəblər var ki, yəqin hökümət bu səbəblər dolayısından mövcud qərar qüvvədə saxlanılır".
Bunu Faktmedia.az-a iqtisadçı Eldəniz Əmirov deyib. İqtisadçı əlavə edib ki, sərhədlərin açılışı ölkədə ilk növbədə turizm sektorunun canlanmasına imkan verəcək:
"O cümlədən regionlarda iqtisadi inkişaf təmin olunacaqdır. Eyni zamanda qonşu ölkələrə işləməyə getmək istəyən insanlar daha rahat şəkildə gedə biləcəklər. Hesab edirəm ki, sərhədlərin açılmasının müsbət tərəfləri çoxdur. Hazırda quru sərhədlərin bağlı qalması, iqtisadiyyatdan çox digər sahələr üçün mənfi nəticələr verir".
Havar Şəfiyeva