"Ümumiyyətlə Azərbaycanın qarşıya qoyduğu əsas məsələlərdən biri işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsidir. Bu, yeni kommunikasiyaların açılışı, eyni zamanda hər bir vətəndaşın orada yaşantısını təmin etmək üçün yaşayış yerlərinin, iş yerlərinin açılması deməkdir. Təbii ki, köç olandan sonra digər məsələlərdən də biri onun təhlükəsizliyi təmin etməkdir. Təhlükəsizliyi təmin etmək üçün ordunun daha da inkişaf etdirilməsi, daha da mobil olunması çox mühüm məsələdir".
Bunu Faktmedia.az-a millət vəkili Arzu Nağıyev deyib.
Deputat əlavə edib:
"Bunun da metodlarından biri məhz, Komando tipli həmin hərbi hissələrin yaradılması və açılışıdır. Cənab Prezident də ordu günü ərəfəsində həmin hərbi hissələrin birində açiılış elədi, döyüş bayrağını təqdim elədi və orada həm dost, həm düşmən üçün mesajlarla dolu çox ciddi bir çıxış etdi. Ali Baş Komandan kimi o, ordu yaradıcılığının mühüm olmasını, təlimlərlə bağlı, yeni tipli ordu birləşmələrinin yaranması haqqında mühüm məsələlərə toxundu. Eyni zamanda, yeni texnologiyalar, yeni texnikanın alınması, yeni silahların alınması, Azərbaycan ordusu üçün təhlükəsizlik, təhdidimizin qarşısını almaq üçün birmenalı şəkildə büdcənin hansı səviyyədə olması haqqında mühüm çıxışlar etdi. Azərbaycan ordusu bu gün dünyada ən döyüşkən ordulardan biridir və əllincilərdən biridir. Əllinci ordulardan biri olmaq asan başa gəlmir. Burada müasir texnologiyadan, müasir texnikadan istifadə etməklə ciddi kadr potensialı olmalıdır. Ciddi kadr potensialını da inkişaf etdirmək üçün o, təlimlər keçməlidir, hərbi məktəblər olmalıdır. Bunların hamısı üçün də maddi təminat olmalıdır. Bunların hamısını cənab prezident qeyd elədi və göstərdi ki, bu istiqamətdə daha da inkişaf ediləcək. Çunki bu gün beynəlxalq hüquq demək olar ki yox səviyyəsindədir. Kimin silahı, ordusu güclüdürsə bu gün öz sözünü deyə bilir. Təbii ki, humanist addımlar da atmaq lazımdır. Buna baxmayaraq ordunun güclənməsi ən mühüm məsələlərdən biridir. Cənab prezident qeyd edəndə ki müasir silahlarla təchiz olunmalıdır, müasir silahlarla təchiz olunmalıdır, bu kiməsə xoş gəlməyə bilər. Yəni bu o demək deyil ki, biz müharibəyə hazırlaşırıq. Biz özümüzün suveren sərhədlərimizi qorumaq, müstəqilliyimizi qorumaq, eyni zamanda Azərbaycan Konstitusiyasına zidd və ona tabe olmaq istəməyən o quvvələrlə daxildə antiterror əməliyyatları keçirmək bizim səlahiyyətimizdir. Biz biununla heç vbir beynəlxalq hüquq və normaları pozmuruq".