"Azərbaycan 44 günlük Vətən Müharibəsində qələbə çaldıqdan sonra təkcə regionun deyil, bütövlükdə Cənubi Qafqazın siması dəyişməyə başladı. İşğal müddətində Azərbaycanın bütün potensialı təbii ki, işğalın vurduğu ziyanları aradan qaldırmaq, işğal altında olan torpaqları azad etməkdən ibarət idi".
Bunu Faktmedia.az-a deputat Mahir Abbaszadə deyib.
Deputat bildirib ki, bundan sonrakı müddətdə isə Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri həmin torpaqları dirçəltmək, yenidən bərpa etmək və eyni zamanda həm də ciddi təhlükəsizlik problemləri həll etməkdir:
"Bu da təbii ki, Ermənistanla Azərbaycan arasında böyük sülh sazişinin imzalanması, eyni zamanda kommunikasiyaları bərpa edərək regionun sosial iqtisadi inkişafına nail olmaqdan keçir. Bununla bağlı Azərbaycan dövləti kifayət qədər addımlar atıbdır. Müharibə bitdikdən sonra Azərbaycan qarşı tərəfə sülhün tələblərini təqdim edib. Əvvələr Ermənistan tərəfi bu məsələlərə müsbət münasibət göstərsə də son vaxtlar görürük ki, Ermənistan hakimiyyətində yenidən müharibə rotorikanın yaradılması, münaqişələrin bərpa edilməsi, hadisələrin güc yolu ilə həll edilməsi prinsipləri görkəm almaqdadır".
Havar Şəfiyeva