Avropa Parlamentinin Almaniyadan olan üzvü Qunnar Bek bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiya kursunu davam etdirəcək.
Faktmedia.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Onun sözlərinə görə, 11-ci məhdudiyyətlər paketinin qəbulundan sonra Aİ 12-ci məhdudiyyət paketinin hazırlanmasına başlayacaq.
Bek əlavə edib ki, məhz bu səbəbdən Avropa İttifaqı əlavə sanksiyalar icad etməyə davam edir. Lakin onun fikrincə, yeni sanksiyalar Rusiya ilə bərabər Avropaya da zərbə vuracaq.
Havar Şəfiyeva