Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek Rusiyadan uran alan ölkələrə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Faktmedia.az xəbər verir ki, bu barədə Nevsunrolled məlumat yayıb.
Onun sözlərinə görə, Ukrayna tərəfi ondan soruşub ki, niyə Rusiya uranının alınması hələ də sanksiyalar altında deyil. “Məncə, bunun yaxşı cavabı yoxdur. Lakin bu nə vaxtsa baş verməlidir, hətta Rusiya uranı ilə işləyən atom elektrik stansiyalarına sahib olan ölkələr üçün dəyişiklik olsa belə. Amma bu, mənə ağlabatan görünür, ona görə də bunun üzərində işləyəcəm”, - deyə nazir bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya hələ də üçüncü ölkələr vasitəsilə bir çox sanksiyalardan yan keçib. “Biz müharibəyə son qoymalı olan sanksiyalardan danışırıq. Kim onlardan yan keçsə, məhz bu səylərə zərbə vurur”, - deyə nazir Avropa İttifaqından kənar ölkələrdən Rusiyaya qeyri-qanuni mal göndərən şirkətlərə məhdudiyyətlər tətbiq etməyə çağırıb.
Havar Şəfiyeva