"Doğrudan da ani ürəktutma, tromb, ümumiyyətlə fərq etməz, bu və ya digər səbəblərdən qəfil ölüm hallarının sayı artıb. Ümimiyyətlə ölüm anidir, amma cavanlasıb deyə bilərik. Düşünürəm ki, aqressiya, daxili gərginlik, stres və bu kimi digər hallar əsasən öz sağlamlığımıza kifayət qədər diqqət etməməkdən yaranır".
Bunu Faktmedia.az-a psixoloq Fərqanə Mehmanqızı deyib.
O, əlavə edib:
"Eyni zamanda, elə qidalarımız da var ki, orqanizmimizdə tromblaşmaya meyllilik yaradır. Son zamanlar baş verən qəfil ölüm hallarını da araşdırsaq, böyük əksəriyyətinin səbəbinin tromblaşma olduğunu görərik. Trombu yaradan səbəblər də qida, stress, aqressiyadır və bunlar da orqanizmə öz mənfi təsirini göstərir. Mən düşünürəm ki, qəfil ölüm halları cəmiyyətdə panika və fobiyalara səbəb ola bilir. Bəzi psixohəssas insanlar düşünür ki, bu hal mənim də başıma gələ bilər".
Qeyd edək ki,ötən gün tanınmış jurnalist qəfil ürəktutmadan vəfat edib. Bu hal Azərbaycanda tez-tez baş verir.
Rəna Həsənova