"Təxribatların davam etməsində əsas məqsəd Ermənistanın danışıqlar prosesi zamanı da tənqid etməyə çalışdığı Bakı və Xankəndi arasındakı dialoqun beynəlxalq mexanizm çərçivəsində iddiası ilə bağlıdır. Əlbətdə ki, bu iddia heç bir şəkildə Azərbaycan tərəfindən qəbul oluna bilməz və hesab edirəm ki, bu iddia hesabı ilə görüşlər də nəticəsiz olur".
Bunu Faktmedia.az-a açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə bu görüşlərin məqsədi sülh müqaviləsinin bağlanması məsələsidir:
"Sülh müqaviləsinin bağlanması üçün isə kommunikasiyaların açılması sərhəd xəttinin bərpası, 8 kəndin qaytarılması və separatizm məsələsi həll olunmalıdır. Rəsmi Bakı separatçıların oradan təmizləməsi Ermənistanın işi olduğunu haqlı olaraq iddia edir. Ermənistan tərəfinin bu günə qədər davam etməyə çalışdığı bu münaqişənin etnik münaqişə zəminində çevirmək özünü prosesin məsuliyyətindən kənarlaşdırır. Ona görə ciddi şəkildə Bakı Xankəndi formatlnnda bu missiyaya köklənən cəhdlərdir. Lakin istənilən halda bu cəhdlər heç bir nəticə verməyəcək".
Havar Şəfiyeva