"Rusiyanın Cənubi Qafqaz maraqları bu sülh müqaviləsinin Avropanın və ABŞ- ın tələb etdiyi formada imzalanmasına imkan vermir".
Bu fikirləri Faktmedia.az-a Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar mərkəzinin sədri, politoloq Samir Hümbətov deyib.
Siyasi şərhçi əlavə edib:
"Rusiya öz tələblərinin nəzərə alınması daxilində sülh müqaviləsinin imzalanmasına hazırdır. O tələblər də nə Azərbaycan, nə də Ermənistan tərəfindən qəbul edilmədiyi üçün bu sülh müqaviləsinin imzalanması gerçəkləşməyə bilir. Avropa və ABŞ- ın təklif etdiyi, yəni həm Vaşinqton, həm də Brüssel formatı Azərbaycanın və eləcə də Ermənistanın maraqları kontekstində formalaşdığı üçün daha önəmlidir. Görünür ki, orada yalnız Azərbaycanın və Ermənistanın maraqları təmin olunduğu üçün Rusiya bu sülh müqaviləsinin bağlanmasına imkan vermək istəmir".
Rəna Həsənova