“Mən təsdiq edirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıyır və biz Azərbaycanın da eyni şeyi edəcəyini, Ermənistan SSR-in ərazisini Ermənistan ərazisi kimi tanıyacağını gözləyirik”.
Faktmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəqiqliklə tanıyarsa, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması realdır.